Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.
QOL.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Kamal Umudluya yan xətdə Namik Hüseynov və Rəhman İmami kömək edəcək. 4-cü hakim funksiyasını isə qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.
Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.