EN

Putin Paşinyanla görüşəcək

Rusiya prezidenti Vladimir Putin Moskvada keçiriləcək Qlobal Atom Enerjisi Forumunda iştirak edəcək Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Busaat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, daha əvvəl Peskov Putinin cümə axşamı Kremldə ikitərəfli beynəlxalq görüşlər marafonunu keçirəcəyini bildirmişdi.

Putin Ümumdünya Atom Həftəsi çərçivəsində cümə axşamı Moskvada keçiriləcək Qlobal Atom Forumunda iştirak edəcək.

Forumda Rusiya lideri ilə yanaşı, Belarus prezidenti Aleksandr Lukaşenko, Myanma İttifaqı Respublikasının prezidenti vəzifəsini icra edən Min Aunq Hlainq, Ermənistanın baş naziri Paşinyan, Efiopiyanın baş naziri Əhməd, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Qrossi, həmçinin İran, Özbəkistan, Misir, Niger və bəzi ixtisaslaşmış təşkilatların nümayəndələri iştirak ediblər.

Yeganə

Chosen
5
5
busaat.az

6Sources