EN

Azərbaycanlı hakimə UEFA-dan YENİ TƏYİNAT

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Bizim.Media xəbər verir ki, K.Umudlu UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Dinamo” (Minsk, Belarus) oyununun baş hakimi olacaq.

Ona Namik Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını qazaxıstanlı Saken Baiymbet yerinə yetirəcək.

Sentyabrın 26-da Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
4
8
bizim.media

10Sources