EN

Naxçıvanda Aqrar Biznes Festivalı keçiriləcək

Sentyabrın 29-da Naxçıvan şəhərində “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində aqronomların Naxçıvan Forumu” və “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” panel müzakirəsi keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 30-da isə Şərur rayonunda Aqrar Biznes Festivalı baş tutacaq. Festival çərçivəsində Şərur Rayon İcra Hakimiyyəti binasının yaxınlığındakı parkda növbəti toxum sərgi-satış yarmarkası təşkil ediləcək.

Chosen
96
1
operativmedia.az

2Sources