EN

Putin Paşinyana öz atasının adı ilə səsləndi - Video

Ermənistanın Baş naziri Nikol Paşinyan Dünya Atom Həftəsi çərçivəsində Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Qonağı salamlayan Putin ona “Hörmətli Nikol Vladimiroviç...” deyə müraciət edib, baxmayaraq ki, Ermənistanın baş nazirinin atasının adı Vovayeviçdir.

Axar.az xəbər verir ki, bu barədə məlumat sözügedən ölkə liderlərinin görüşündən yayımlanan videoda əks olunub.

Rusiya prezidenti qeyd edib ki, Ermənistan AES (Metsamor) ölkənin elektrik enerjisinin təqribən 30%-ni təmin edir və “Rosatom” onun istismar müddətini uzatmaq üçün çalışır.

O, həmçinin 2024-cü ildə 11,7 milyard dollarlıq rekord ticarət dövriyyəsi haqqında məlumat verib.

Paşinyan dəvətə görə təşəkkür edib, nüvə enerjisinin artan rolunu vurğulayıb və Ermənistan Atom Elektrik Stansiyasının istismarının 2036-cı ilə qədər uzadılması üzrə əməkdaşlığı, eləcə də kiçik miqyaslı modul gücə marağı təsdiqləyib. Tərəflər enerjidən iqtisadi əməkdaşlığa qədər ikitərəfli münasibətlərin zəngin gündəmini qeyd ediblər.

Chosen
22
50
axar.az

10Sources