EN

Putin Paşinyanı ələ saldı: Volodya "Vova" adını niyə sevmir?  

Siyasi təhlilçi Dadaş Əhmədli Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla son görüşündə səsləndirdiyi ifadəyə diqqət çəkib və bunu təhqiramiz jest kimi dəyərləndirib.

Musavat.com xəbər verir ki, Əhmədli bildirib ki, Putin Paşinyana müraciət edərkən “Hörmətli Nikol Vladimiroviç” deyib, halbuki Paşinyan bundan əvvəl dəfələrlə atasının adının Vladimir yox, Vova olduğunu açıqlamışdı. Əgər Rusiya lideri bu adı düzgün şəkildə tələffüz etsəydi, “Vovayeviç” deməli idi.

Təhlilçiyə görə, bu ifadə iki cür yozula bilər: ya Putin Paşinyanı açıq-açıq ələ salmaq istəyib, ya da onun “Vova” adına qarşı şəxsi allergiyası var. Rus dilində “Vladimir” adının iki xalq variantı mövcuddur – Volodya və Vova. Gənc şəxslərə adətən Volodya, uşaqlara isə Vova deyilir.

Dadaş Əhmədli həmçinin Putinin keçmişdəki bir hadisəni xatırladıb: təxminən 15 il əvvəl yaşlı bir qadın onun siyasətinə irad bildirəndə, Putin ona “Maşa” deyə müraciət etmişdi (Marina adının uşaqlıq forması). Həmin qadın da cavabında Putinə “Vova” deyə səslənmişdi. Təhlilçiyə görə, görünür ki, Putin bu epizodu unuda bilmir və Paşinyana da qəsdən bu formada müraciət etməklə köhnə qəzəbini ifadə edir.

Musavat.com

Chosen
12
50
musavat.com

10Sources