EN

Hər kəs təəccübləndi: Zərdabda körpə avtomobildə doğuldu

Sentyabrın 25-də saat 10:30 radələrində 2001-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə əlaqədar Zərdab Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə müraciət edib. Doğuş prosesi yolda olarkən anidən başladığından proses Doğum şöbəsinin həkim heyəti tərəfindən tibb müəssisəsinin həyətində tamamlanıb.

News24.az-a xəstəxanadan verilən məlumata görə, qadının 4-cü hamiləliyindən boyu 46 sm, çəkisi 2 kq. 300 qram oğlan övladı dünyaya gəlib.

Tibb müəssisəsinin Doğum şöbəsində yerləşdirilən zahı qadına və körpəsinə zəruri tibbi xidmətlər göstərilib. Zahı qadından və körpədən lazımi laborator analizlər götürülüb, ultrasəs müayinəsinə (USM) cəlb olunub və hər ikisinin vəziyyəti nəzarətdə saxlanılır.

Ana və körpənin müalicələri müvafiq şöbədə davam etdirilir, hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Xeyrənsə Piriyeva


Chosen
113
12
news24.az

10Sources