EN

Saxlanılıb sərbəst buraxıldığı deyilən İlham İsmayıl:"ÜMUMİYYƏTLƏ, MƏHKƏMƏYƏ GETMƏMİŞƏM"

"Nə məhkəmə görmüşəm, nə də məhkəməyə çıxarılmışam".

 

Bunu Oxu.az-a açıqlamasında Bakıda dələduzluqda təqsirləndirilərək saxlanıldığı deyilən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.

 

Ekspert bildirib ki, barəsində yayılan məlumatlar yalandır: "Bu məni şərləmək istəyən şəxslərin uydurmasıdır. Barəmdə heç bir cinayət işi yoxdur. Mən, sadəcə, polisə çağırılmışam, izahat verib, qayıtmışam. Nə məhkəmə görmüşəm, nə də məhkəməyə çıxarılmışam. Mən, ümumiyyətlə, məhkəməyə getməmişəm. Bu, şişirdilmiş bir məlumatdır.

 

Mən izahat yazıb çıxandan sonra telefonumu söndürmüşəm, məni şantaj edən adam da elə bilib ki, saxlanılmışam".

 

**13:52


Tanınmış ekspert İlham İsmayıl sərbəst buraxılıb.

 

Senzor.az-ın məlumatına görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs növündə olmayan digər qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, o, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

 

**22:20 (25.09.2025)

 


Tanınmış ekspert İlham İsmayıl saxlanılıb.

 

“Unikal” xəbər verir ki, o, dələduzluqda ittiham edilir.

 

Belə ki, İlham İsmayıl oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan “Range Rover” imiş.

 

İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.

 

Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Chosen
19
5
senzor.az

6Sources