EN

Hansı halda vətəndaşdan lizinq ödənişi tələb edilə bilməz – Ali Məhkəmə

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasılizinq müqaviləsi əsasında istifadə olunan avadanlığın məhv olmasıilə bağlı mübahisəyə üzrə mühüm qərar qəbul edib.

Trend xəbərverir ki, qərarda göstərilib ki, lizinq predmetinin lizinq alanıniradəsindən və nəzarətindən kənar, obyektiv səbəblər, o cümlədənmüharibə şəraiti nəticəsində məhv olduğu hallarda lizinq alan şəxsbu əmlak üçün lizinq ödənişlərini davam etdirmək öhdəliyinidaşımır. İşin hallarına görə, iddiaçı birinci instansiyaməhkəməsinə müraciət edərək, ASC ilə bağlanmış lizinq müqavilələriəsasında heyvandarlıq kompleksinə alınmış avadanlıqların İkinciQarabağ müharibəsi zamanı atılmış mərmi nəticəsində tamamiləyararsız hala düşdüyünü bildirib və müharibənin başlandığı 27sentyabr 2020-ci ildən sonra həmin əmlak üzrə hesablanmış lizinqödənişlərinin ümumi öhdəliklərdən çıxılmasını tələb edib. İddiaçılizinq predmetinin məhv olmasının cavabdeh ASC-nin əməkdaşlarıtərəfindən tərtib olunmuş inventarizasiya aktı ilə dətəsdiqləndiyini əsas gətirib.

Məhkəmə iddianı rədd edərək bildirib ki, müqavilədə vəqanunvericilikdə lizinq əmlakının lizinq alanın təqsiri olmadanməhv olmasına görə lizinq verənin məsuliyyəti nəzərdə tutulmur.Bundan başqa, məhkəmə qeyd edib ki, lizinq alan əmlakısığortalatmaq üçün vaxtında müraciət etməli idi və bunu etmədiyiüçün riskləri özü daşımalıdır.

Apellyasiya instansiya məhkəməsi isə bu mövqe ilə razılaşmayaraqqərarı ləğv edib və iddianı təmin edib. Apellyasiya instansiyasıqeyd edib ki, lizinq alanın müharibə şəraitində riskləri idarəetmək imkanının olmaması onun məsuliyyətini istisna edir.

Bundan sonra cavabdeh ASC Ali Məhkəməyə kassasiya şikayəti iləmüraciət edib. Ali Məhkəmənin Kommersiya kollegiyası kassasiyaşikayətinə baxaraq, apellyasiya instansiyasının qətnaməsini qüvvədəsaxlayıb.

Ali Məhkəmə Mülki Məcəllənin 448.1, 448.4 və 748.7.1-cimaddələrinin birgə təhlilinə əsasən qeyd edib ki, lizinq alanyalnız onun nəzarət və iradəsi daxilində olan risklərə görəməsuliyyət daşıyır. Riskin idarə edilməsi üçün real imkanınolmadığı hallarda məsuliyyətin birmənalı şəkildə lizinq alanayüklənməsi hüquqa və ədalət prinsiplərinə ziddir.

Qorunma tədbirləri yalnız lizinq alanın real və hüquqi imkanlarıdaxilində olduqda tələb edilə bilər. Müharibə zamanı düşmənmərmilərinin atılması şəraiti belə tədbirlərin həyata keçirilməsinifaktiki olaraq mümkünsüz edib. Əgər lizinq alan lizinq predmetinimühafizə edə bilməyibsə və bu, onun nəzarətindən kənar səbəblərləbaş veribsə, o zaman bu şəxsin öhdəliyin pozulmasında təqsirlisayılması hüquqa ziddir.

Ali Məhkəmə qəbul etdiyi qərarda həmçinin göstərib ki, tərəflərarasında bağlanmış lizinq müqavilələrinə əsasən, əmlakınsığortalanmasını lizinq alanın müraciəti əsasında lizinq verəninözü həyata keçirilməli idi.

Bununla belə, nəzərə alınmalıdır ki, əmlak üzərində lizinqverənin mülkiyyət hüququ saxlandığından, sığortalamanı lizinqalanın müraciəti ilə şərtləndirmək əmlakın mülkiyyətçisi kimilizinq verənin iqtisadi maraqları ilə uzlaşmır. Belə ki, sığortaödənişindən məhz mülkiyyətçi olaraq lizinq verən faydalanacaqdır.Ona görə də lizinq alanın əmlakı sığortalamaq üçün lizinq verənəmüraciət etmədiyi əsas gətirilərək iddianın rədd olunması tamamiləəsassız və ədalətsiz olardı.

Ali Məhkəmə xüsusi olaraq vurğulayıb ki, məhv olmuş və yasıradan çıxmış əmlak üçün lizinq ödənişi tələb etmək, MülkiMəcəllənin 748.10.1-ci maddəsinə də zidd olmaqla, lizinq hüquqiinstitutunun təbiəti ilə uzlaşmır.

Chosen
18
41
az.trend.az

10Sources