Pediatr Nilufər Yunusova bildirib ki, həddindən artıq qəhvə istehlakı orqanizmdə kalsium çatışmazlığına səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, kofein katexolaminlərin istehsalını artırır və qlomerulyar filtrasiyanı gücləndirir. Bu isə sidiyin daha çox ifrazına gətirib çıxarır.
“Maye ilə birlikdə sidikdə kalsiumun xaric olunması sürətlənir”, – deyə Yunusova izah edib.
Həkim əlavə edib ki, yüksək doza kofein mədə-bağırsaq traktında kalsiumun sorulmasını da zəiflədə bilər. Xüsusilə qəhvənin acqarına və ya çoxlu miqdarda içilməsi bu təsiri daha da gücləndirir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az