EN

“Qarabağ”dan daha bir qələbə

Azərbaycan Premyer Liqasında 6-cı tur start götürüb.

“İki sahil” xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matç keçirilib.

“Zirə” Qubada “İmişli”nin qonağı olub. Görüşdə 1:1 hesabı qeydə alınıb. Bu matçdan sonra “Zirə” 12 xalla 1-ci, “İmişli” isə 8 xalla 5-cidir.

Digər matçda isə son çempion “Qarabağ” “Qəbələ”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Digərlərindən 1 oyun az keçirən Ağdam təmsilçisi 7 xalla 5-ci pillədə qərarlaşır. Əyalət klubu isə 4 xalla 10-cu yerdədir.

26 sentyabr

19:00. “Qarabağ” – “Qəbələ” - 2:0 

Qollar: Abdullah Zubir, 16; Musa Qurbanlı, 90+3 

Qırmızı vərəqə: Prins Ovusu, 1 (“Qəbələ”)

Chosen
19
6
ikisahil.az

8Sources