"Mən bütün beynəlxalq ictimaiyyətə Ermənistanla Azərbaycan arasında sülh əldə olunduğu haqda məlumat verməkdən məmnunam"
“Cebheinfo.az” APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
“Donald Tramp bu prosesdə həlledici rol oynayıb. Onun öhdəliyi və ardıcıl addımları əvvəllər qeyri-mümkün kimi görünənləri həyata keçirməyə imkan verdi”, - Paşinyan əlavə edib.
O, İlham Əliyevlə ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüklərini də xatırladıb.
“Çünki biz onun həqiqətən sülh ideyasına sadiq olduğunu öz gözümüzlə gördük”, - Paşinyan vurğulayıb.
“Cebheinfo.az”