RU

Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh əldə olunduğu haqda məlumat verməkdən məmnunam"

"Mən bütün beynəlxalq ictimaiyyətə Ermənistanla Azərbaycan arasında sülh əldə olunduğu haqda məlumat verməkdən məmnunam"

“Cebheinfo.az” APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“Donald Tramp bu prosesdə həlledici rol oynayıb. Onun öhdəliyi və ardıcıl addımları əvvəllər qeyri-mümkün kimi görünənləri həyata keçirməyə imkan verdi”, - Paşinyan əlavə edib.

O, İlham Əliyevlə ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüklərini də xatırladıb.

“Çünki biz onun həqiqətən sülh ideyasına sadiq olduğunu öz gözümüzlə gördük”, - Paşinyan vurğulayıb.

“Cebheinfo.az”

Избранный
26
8
cebheinfo.az

10Источники