EN

Rusiya Kiyevə savaşın ƏN DƏHŞƏTLİ hücumunu etdi - YENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə Kiyevə kütləvi hücumu nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko özünün Telegram kanalında məlumat verib.

"Kiyevə endirilən zərbə nəticəsində 10 nəfərin yaralandığı və iki nəfərin öldüyü təsdiqlənib. Bu məlumat çox güman ki, yekun deyil", - administrasiya rəhbəri yazıb.

Onun sözlərinə görə, ölənlərdən biri 12 yaşlı qızdır.

***09:15

Ukraynanın paytaxtı Kiyev sentyabrın 28-nə keçən gecə Rusiya Aerokosmik Qüvvələrinin qanadlı raketləri ilə hücuma məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBC-Ukraina" Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı edilib, kombinə olunmuş hücum davam edir.

Təxminən səhər saat 6:00-da (Bakı vaxtı ilə saat 7:00) Kiyevdə partlayış səsləri eşidilib. Eyni zamanda hərbçilər qanadlı raketlərin paytaxta doğru uçduğunu və bir neçə dəqiqə sonra güclü partlayışların təkrarlandığını bildiriblər.

"Hücum nəticəsində yaşayış infrastrukturuna ziyan dəyib, üç nəfər yaralanıb", - agentlik bildirib.

Partlayış səsləri Zaporojyedə də eşidilib.

Chosen
13
3
bakivaxti.az

7Sources