Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 27-ci kilometrliyində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Qurbanov Kamil Şakir oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olarkən piyadanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.