AZ

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 27-ci kilometrliyində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Qurbanov Kamil Şakir oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olarkən piyadanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
17
6
far.az

10Mənbələr