Naxçıvanda 4 avtomobilin iştirakı ilə baş verən qəzada 4 nəfər xəsarət alıb
"Unikal" xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Qəza zamanı 67-BF-370 dövlət nömrə nişanlı "VAZ-2107", 67-BF-339 dövlət nömrə nişanlı "VAZ-2107", 75-BA-073 dövlət nömrə nişanlı "Raf" və 90-AF-203 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobillər toqquşub.
Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.