Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu baş məşqçi Loran Blanla müqaviləyə xitam verdiyini rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, qərar Səudiyyə Ərəbistanı çempionatının dördüncü turunda “Əl-Nəsr”ə evdə məğlubiyyətdən (0:2) dərhal sonra elan olunub.
Qeyd edək ki, "Əl-Nəsr"in qollarını Sadio Mane və Kriştianu Ronaldu vurublar.
Fransız məşqçi 2024-cü ilin iyulundan komandanı çalışdırırdı. O, debüt mövsümündə ölkə çempionatını və Kral Kubokunu qazanıb. Komanda yeni mövsümə üç ardıcıl qələbə ilə başlayıb, lakin “Əl-Nəsr”ə qarşı uğursuz oyun ona işini itirməsi bahasına başa gəlib.
Blanın köməkçisi Həsən Xəlifə baş məşqçi əvəzi və ona gənclərdən ibarət komandanın məşqçisi İvan Karrasko köməkçi təyin edilib.
Mirağa