EN

Həkimdən şəkər xəstələrinə balqabaqla bağlı xəbərdarlıq

Balqabaq mədə-bağırsaq traktının xəstəliklərinə və şəkərli diabetə mənfi təsir edir.

E-saglam.az xəbər verir ki, bunu tanınmış həkim-nutrisioloq Ekaterina Guzman "Gazeta"ya açıqlamasında deyib.

O qeyd edib ki, balqabaq mədə-bağırsaq xəstəlikləri olan insanlarda şişkinlik və narahatlıq yarada bilər.

"Şəkərli diabetli insanlar ehtiyatlı olmalıdırlar. Bu tərəvəzin tərkibində sadə karbohidratlar var. Ona görə də olduqca az miqdarda istehlak edilməli və qan şəkərinin səviyyəsinə nəzarət edilməlidir. Balqabaq laksatif təsirə malikdir və ishalı da pisləşdirə bilər",- o qeyd edib.

Həkim balqabaq tumunun yüksək kalorili olmasına da diqqət çəkib.

"Hətta az miqdarda balqabaq tumu yemək ümumi kalori qəbulunuzu əhəmiyyətli dərəcədə artıra bilər ki, bu da kilo almağa kömək edir. Bu, həmdə obezdən əziyyət çəkən insanlara arıqlamağa mane ola bilər. Balqabaq tumunun gündə 30-50 qramdan çox olmamaq şərti ilə istehlakı tövsiyə olunur", - Guzman tövsiyələrini bildirib.

İqtisadiyyat.az

E-saglam.az

Chosen
5
e-saglam.az

1Sources