EN

Tramp: Qəzza ilə bağlı danışıqlar yekun mərhələdədir

Qəzza zolağında vəziyyətin həlli ilə bağlı danışıqlar artıq yekun mərhələyə qədəm qoyub.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Axios" portalına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, aparılan məsləhətləşmələr hazırda son mərhələdədir və bu, Yaxın Şərqdə daha genişmiqyaslı razılaşma əldə etməyə imkan yarada bilər.

"Sevindirici haldır ki, ərəb ölkələri bu məsələdə bizimlə əməkdaşlıq edir. HƏMAS da onlarla birgədir. O, ərəb dünyasına böyük hörmətlə yanaşır", – Tramp qeyd edib.

"Əgər buna nail olsaq, bu, İsrail və bütün Yaxın Şərq üçün böyük gün olacaq. Bu, Yaxın Şərqdə həqiqi sülh əldə etmək üçün ilk imkan olacaq. Amma əvvəlcə buna nail olmalıyıq", – Tramp Qəzzadakı vəziyyətin həlli barədə danışarkən bildirib.

Chosen
32
4
ikisahil.az

10Sources