EN

La Liqa: Levandovski 700-cü qolunu vurdu, "Barselona" liderliyə yüksəldi

İspaniya Primerasının 7-ci turunda "Barselona" "Real Sosyedad"ı qəbul edib.

Görüşdə katalonlar 2:1 hesabı ilə qalib gəliblər.

31-ci dəqiqədə Alvaro Odriozola hesabı açaraq baskları önə keçirib. 43-cü dəqiqədə Jül Kunde bərabərlik qolunu vurub. Robert Levandovskinin 59-cu dəqiqədəki qolu isə meydan sahiblərinin qələbəsini təmin edib. Bu, həm də polşalı futbolçunun peşəkar karyerasındakı 700-cü qolu olub.

Oyundan sonra "Barselona" 19 xalla La Liqa cədvəlinə başçılıq edir, "Real Sosyedad" isə 5 xalla 17-ci yerdədir.

Chosen
33
4
news365.az

10Sources