EN

Tanınmış professordan qorxunc açıqlama - Bu ərazidə güclü zəlzələ gözlənilir…

Kütahyanın Simav rayonunda dünən qeydə alınan 5,4 maqnitudalı zəlzələ ilə bağlı açıqlama verən professor Şener Üşümezsoy bu təkanların daha böyük bir zəlzələnin xəbərçisi ola biləcəyini bildirib.

Yenisabah.az xəbər verir ki, professor baş verən sarsıntının fay xəttindəki kilidlənmiş əsas hissənin deyil, onun kənarlarının qırılması nəticəsində meydana gəldiyini qeyd edib:

“Simav şəhərinin altında bir fay düzləmi var. 5,4 ballıq zəlzələ həmin kilidlənmiş hissənin kənarında baş verən yırtılmadır. Əsas qırılma hələ baş verməyib”. Toyuqlu pizza

Mütəxəssis, Simav fayının iki ayrı seqmentdən ibarət olduğunu və hər birinin 6,5 bal gücündə zəlzələ törətmə potensialına sahib olduğunu vurğulayıb:

“Əgər bu iki seqment birlikdə qırılarsa, 6,7 bal gücündə zəlzələ baş verə bilər. 1970-ci ildə Alaşehir bölgəsində 40 kilometrlik fay qırılaraq 6,7-6,8 ballıq zəlzələyə səbəb olmuşdu. Simav və Sındırğı bölgəsində də bu risk mövcuddur”.

Üşümezsoy fayın kilidli hissəsini ovucun yapışan səthi ilə müqayisə edərək, kiçik təkanların əsas qırılmanın kənarındakı “kiçik yırtılmalar” olduğunu söyləyib:

“Bugünkü 5,4 ballıq sarsıntı həmin kilidli hissənin kənarındakı qopmadır. Bu mexanizm daha sonra böyük yırtılmaya çevrilə və 6,5 ballıq zəlzələ yarada bilər”.

Xatırladaq ki, 2011-ci ildə də Simavda 5,9 bal gücündə zəlzələ olmuşdu. Professorun sözlərinə görə, geoloji baxımdan 2011-ci ildən indiyədək keçən dövr qısa hesab olunur və həmin sarsıntılar bir-birinin davamı kimi qiymətləndirilə bilər. Üşümezsoy hesab edir ki, Simav fayının ana kilidli hissəsində gərginlik yığılmaqda davam edir və dünənki təkan bu gərginliyin nəticəsi olaraq daha böyük zəlzələnin xəbərçisi ola bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
36
5
yenisabah.az

6Sources