EN

Hava limanları fəaliyyətini DAYANDIRDI

Kanada Sərhəd Xidmətləri Agentliyinin (CBSA) özünəxidmət qeydiyyat terminallarında yaranan nasazlıq ölkə daxilində hava limanlarının işinin dayanmasına səbəb olub.

KONKRET.az xəbər verir ki,bu barədə CTV məlumat verib.

“CBSA-nın özünəxidmət qeydiyyat terminallarında yaranan nasazlıq səbəbindən yüzlərlə, hətta minlərlə sərnişin təyyarələrdə qalıb və ya bütün ölkə üzrə çoxsaylı hava limanlarında uzun müddət gözləməyə məcbur olub”, – deyə kanal bildirib.

Eyni zamanda, ölkənin sərhəd xidməti nasazlıq barədə məlumatlandırıldıqlarını və problemin aradan qaldırılması üzərində iş getdiyini bildirib.

Chosen
21
8
konkret.az

9Sources