EN

Son 20 ildə Azərbaycan iqtisadiyyatına 344 milyard dollar sərmayə yatırılıb

Son 20 ildə Azərbaycan iqtisadiyyatına 344 milyard ABŞ dolları sərmayə yatırılıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən “INMerge” İnnovasiya Sammitində çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkənin neft və qaz asılılığını azaltmaq məqsədilə son 20 ildə Azərbaycan iqtisadiyyatına 344 milyard ABŞ dollarına yaxın sərmayə yönəldilib və bunun 210 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunun payına düşüb.

Onun sözlərinə görə, 2021–2024-cü illərdə qeyri-neft iqtisadiyyatı illik orta hesabla 6,7 % böyüyüb və ümumi iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib: “Son 6 ildə qeyri-neft və qaz ixracı 2 dəfə artıb, valyuta ehtiyatlarımız isə tarixi maksimuma çataraq ölkənin ÜDM-i ilə eyni həcmdədir. Azərbaycan artıq kapital idxalçısı deyil, həm də kapital ixracatçısı kimi çıxış edir”.

M. Cabbarov həmçinin regionda sülhün möhkəmlənməsinin iqtisadi əhəmiyyətini vurğulayıb: “Avqustun 8-də imzalanmış tarixi sülh razılaşması Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi və sosial kapitallaşmasına mühüm töhfə verəcək. Bu proses təkcə region üçün deyil, daha geniş miqyasda iqtisadi faydalar gətirəcək”.

Chosen
7
3
banco.az

6Sources