EN

Paşinyan Avropa Şurasının baş katibi ilə Cənubi Qafqazı müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda Avropa Şurasının baş katibi Alen Berset ilə görüşüb.

Missiya.Az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistan-Avropa Şurası əməkdaşlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi faktını yüksək qiymətləndirib.

Berset Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb və sülhün bərqərar olması ilə Cənubi Qafqazda yaradılmış yeni reallığın regionda inkişaf üçün geniş imkanlar açacağına ümid etdiyini qeyd edib.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
19
19
missiya.az

10Sources