EN

Qarabağ Universitetində növbəti yenilik - 1,4 milyonluq LAYİHƏ

Qarabağ Universitetində Təbiət Elmləri, Sosial və Humanitar Elmlər, həmçinin Hüquq fakültələrinin binaları tikiləcək.

Milli.Az-ın məlumatına görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi müvafiq işlərə başlayıb.

Hazırda fakültə binalarının tikintisi üzrə layihə-smeta sənədlərini hazırlayacaq şirkətin müəyyənləşdirilməsi prosesi gedir.

Qurum sözügedən layihə-smeta sənədlərinin hazırlanmasının 1,4 milyon manata başa gələcəyini proqnozlaşdırır.

Milli.Az 

Chosen
5
10
milli.az

10Sources