Bakının Bilgəh, Lökbatan qəsəbəsində, Xocasən-Lökbatan yolunda qəzalar baş verib.
Ölkə.Az report-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Nəcəfov Aydın Gülağa oğlu Xəzər rayonu Bilgəh qəsəbəsi istiqamətində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törədib. Xəstəxanaya yerləşdirilən şəxs həkimlərin səyinə baxmayaraq ölüb.
Bundan başqa, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində "Abşeron" ticarət mərkəzinin qarşısında iki minik avtomobili toqquşub.
Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdiyi avtomobillər toqquşub. Sürücü müxtəlif bədən xəsarətləri alıb, Elməddin Abbasov və sərnişin - 1978-ci il təvəllüdlü Xankişiyeva Aynurə Elxan qızı aldıqları xəsarətlərdən səhiyyə müəssisəsində ölüblər.
Fakta bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nömrəli cinayət işi başlanaraq istintaqı aparılır.
Xocasən-Lökbatan yolunda da ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Opel" və "Toyota Prius" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb.
Onun şəxsiyyəti hələ dəqiqləşməyib.
Faktlarla bağlı araşdırmalar aparılır.