AZ

Lökbatanda avtomobillər toqquşub, 2 nəfər ölüb

Lökbatanda iki minik avtomobili toqquşub...

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində "Abşeron" ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdiyi avtomobillər toqquşub. Sürücü müxtəlif bədən xəsarətləri alıb, Elməddin Abbasov və sərnişin - 1978-ci il təvəllüdlü Xankişiyeva Aynurə Elxan qızı aldıqları xəsarətlərdən səhiyyə müəssisəsində ölüblər.
Fakta bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nömrəli cinayət işi başlanaraq istintaqı aparılır.

Poliqon.info

Seçilən
5
9
poliqon.info

10Mənbələr