AZ

Lökbatanda avtomobillər toqquşdu, 2 nəfər öldü

Lökbatanda iki minik avtomobili toqquşub.

Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində "Abşeron" ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdiyi avtomobillər toqquşub. Sürücü müxtəlif bədən xəsarətləri alıb, Elməddin Abbasov və sərnişin - 1978-ci il təvəllüdlü Xankişiyeva Aynurə Elxan qızı aldıqları xəsarətlərdən səhiyyə müəssisəsində ölüblər.

Fakta bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nömrəli cinayət işi başlanaraq istintaqı aparılır.

 

Seçilən
12
9
avtosfer.az

10Mənbələr