EN

Çempionlar Liqası: "Qalatasaray" bu gün “Liverpul”la qarşılaşacaq



Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin növbəti oyunları keçiriləcək.

aia.az xəbər verir ki, ikinci turun ilk oyun günündə 9 görüş təşkil olunacaq.

İspaniya təmsilçisi "Real Madrid" Qazaxıstanda "Kayrat"ın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Türkiyə nəhəngi "Qalatasaray" isə doğma meydanda İngiltərənin "Liverpul" komandasını qəbul edəcək. Bu matç isə saat 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqası

II tur

30 sentyabr

20:45. “Atalanta” (İtaliya) – “Brügge” (Belçika)

20:45. “Kayrat” (Qazaxıstan) – “Real Madrid” (İspaniya)

23:00. “Atletiko” (İspaniya) – “Ayntraxt” (Almaniya)

23:00. “Budyo-Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə)

23:00. “Çelsi” (İngiltərə) – “Benfika” (Portuqaliya)

23:00. “Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə)

23:00. “İnter” (İtaliya) – “Slaviya” (Çexiya)

23:00. “Marsel” (Fransa) – “Ayaks” (Niderland)

23:00. “Pafos” (Kipr) – “Bavariya” (Almaniya)

Qeyd edək ki, bu turun oyunlarına oktyabrın 1-də yekun vurulacaq.



Chosen
33
7
aia.az

10Sources