Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində, Sakit okean akvatoriyasında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialı məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 94 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı dənizin 48 km dərinliyində müəyyən edilib.
Məlumata görə, Petropavlovsk-Kamçatski şəhərinin müxtəlif ərazilərində yeraltı təkanlar 5,0 bala qədər hiss olunub. Zəlzələ nəticəsində sunami təhlükəsinin olmadığı bildirilib.