Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi başa çatıb.
Ölkə.az xəbər verir ki, mərhum aktyor alqışlarla son mənzilə yola salınıb.
Qeyd edək ki, Cabir İmanovun nəşi dəfn olunmaq üçün Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığına aparılır.