AZ

Əməkdar artist Cabir İmanov dəfn edilib - FOTO - VİDEO - YENİLƏNİB-1

Əməkdar artist Cabir İmanov dəfn edilib.

APA xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Cabir İmanovla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilib.

***

14:38

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, dostları, incəsənət və mədəniyyət xadimləri iştirak edib.

Xalq artisti, Tahir İmanov qardaşının vida mərasimində iştirak edən hər kəsə minnətdarlığını bildirib:

"O, çox dəyərli bir ömür yaşadı, zəngin, qayğısız, Şuşalı, Şuşasız və yenidən Şuşalı günlərimizin şahidi oldu. Bu dövlətə və dövlətçiliyə xidmət etmək onun üçün şərəf idi. Bəzi qüvvələr Cabiri başqa cür göstərmək istəsələr də, Uca Allah kimi ucaltsa, ona heç kim mane ola bilməz. O, nümunəvi bir ata, övlad və insan idi. Mən ondan iki yaş böyükəm, amma ondan çox şey öyrəndim".

***

13:08

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.

APA xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, dostları, incəsənət və mədəniyyət xadimləri iştirak edirlər.

Qeyd edək ki, Əməkdar artist "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Cabir İmanov dünən ürək tutması səbəbilə vəfat edib.

Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar Əməkdar
Seçilən
6
1
apa.az

10Mənbələr