“Kopenhagen” “Qarabağ”la oyuna itkilərlə çıxacaq.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Danimarka çempionu Çempionlar Liqasının ikinci turunda “Qarabağ”la Bakıda keçiriləcək görüşdə 4 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
Oliver Heyer, Yonatan Moalem, Maqnus Mattsson və Andreas Kornelius “Qarabağ”a qarşı oynamayacaq.
“Qarabağ" - "Kopenhagen" oyunu sabah Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə 20:45-də start veriləcək.