AZ

Sabah "Qarabağ"la oyunda "Kopenhagen"da dörd nəfər olmayacaq - FOTOLAR

“Kopenhagen” “Qarabağ”la oyuna itkilərlə çıxacaq.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Danimarka çempionu Çempionlar Liqasının ikinci turunda “Qarabağ”la Bakıda keçiriləcək görüşdə 4 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

Oliver Heyer, Yonatan Moalem, Maqnus Mattsson və Andreas Kornelius “Qarabağ”a qarşı oynamayacaq.

“Qarabağ" - "Kopenhagen" oyunu sabah Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə 20:45-də start veriləcək.

Seçilən
11
49
sportinfo.az

10Mənbələr