EN

Azərbaycan indi neçəncidir?

Azərbaycanın ev sahibliyi ilə keçirilən III MDB Oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın növbəti gününün nəticələrindən sonra Azərbaycan medal sıralamasında 2-ci pillədəki yerini qoruyub.

Hazırda komandanın aktivində 7 qızıl, 18 gümüş, 31 bürünc medal var.

Siyahıya Rusiya (47 qızıl, 13 gümüş, 9 bürünc medal) başçılıq edir. Belarus (7 qızıl, 16 gümüş, 17 bürünc) üçüncüdür.

III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Oyunlara 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb.

Chosen
14
6
sportinfo.az

10Sources