EN

Bakıda Azərbaycan–Özbəkistan Media Forumu çərçivəsində təhsil sahəsində görüş keçirilib

“Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu çərçivəsində Bakıya səfər edən Özbəkistanın Məktəbəqədər və Məktəb Təlimi Nazirliyinin İnformasiya Xidmətinin rəhbəri Dilfuza Sobirova Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) görüş keçirib.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, görüşdə MÜTDA-nın direktor müavini Vəfa Yaqublu, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev və agentliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı iştirak ediblər.

Tərəflər təhsil sahəsində kommunikasiya fəaliyyətində əməkdaşlıq, təcrübə mübadiləsi və rəqəmsal transformasiya kontekstində effektiv kommunikasiya mexanizmlərinin tətbiqi məsələlərini müzakirə ediblər.

Səfər çərçivəsində Dilfuza Sobirova Bakı Avropa Liseyində də olub, təhsil müəssisəsində yaradılan müasir tədris mühiti ilə tanış olub.

Chosen
10
9
anews.az

10Sources