EN

Xalq artisti Ramiz Quliyevin son durumu açıqlandı

Xalq artisti Ramiz Quliyevin vəziyyətində müsbət dinamika davam edərsə, sabah evə buraxılması planlaşdırılır.

Azreform.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının şöbə rəisi Tural Sadıqov deyib.

“Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır. Hemodinamik göstəricilər stabildir. Diurez adekvatdır. İnfeksion göstəricilərdə müsbət dinamika qeyd olunur. Huşu yuxuya meyillidir. Xəstədə müsbət dinamika davam edərsə, sabah evə buraxılması planlaşdırılır”, - o qeyd edib.

Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Heydər Əliyev Fondu Xalq artistinin səhhətini nəzarətə götürüb.

Chosen
14
14
azreform.info

10Sources