Sabahdan tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə başlanılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Namizədlər https://portal.edu.az/ vasitəsilə “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat oktyabrın 9-u saat 18:00-da yekunlaşacaq.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.