RU

Kolleclər üçün qeydiyyat başlayır

Sabahdan tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə başlanılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Namizədlər https://portal.edu.az/ vasitəsilə “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat oktyabrın 9-u  saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Избранный
7
49
konkret.az

10Источники