EN

Naxçıvanda 3 maşın toqquşdu — 4 yaralı var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Qəza zamanı “VAZ 2107”, “Raf” və “NAZ-Lifan” markalı avtomobillər toqquşublar.

Zəncirvari qəzada 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Chosen
13
9
demokrat.az

10Sources