EN

"Qarabağ" "Kopenhagen"lə oyunda hesabı açıb - Canlı - Yenilənir

"Qarabağ" - "Kopenhagen" matçında ilk qol vurulub.

Azərbaycan təmsilçisi hesabı açıb.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

***

"Qarabağ" - "Kopenhagen" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.

 

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda üz-üzə gələcək "Qarabağ" və Danimarkanın "Kopenhagen" kollektivlərinin start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-lik"də çıxacaqlar.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Aleksey Kaşuk, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina

"Kopenhagen": Dominik Kotarski, Qabriel Perreyra, Pantelis Hatzidiakos, Yussuf Mukoko, Mohamed Elyunussi, Cordan Larsson, Lukas Lerager, Rodriqo Heskas, Markos Lopes, Roberto, Tomas Dileyni.

Matç saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Chosen
16
10
anews.az

10Sources