EN

Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) üzv ölkələrin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsi ölkənin bu birlikdən azad olunmasını şərtləndirdi.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

“2022-ci ildə biz anlayanda ki, KTMT bizim qarşısında öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək, o an müstəqil olduq, çünki başa düşdük ki, yalnız özümüzə arxalana bilərik", - Paşinyan bildirib.

O, KTMT-nin təhlükəsizlik sistemini "köpük" adlandırıb.

Chosen
10
8
publika.az

10Sources