Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) üzv ölkələrin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsi ölkənin bu birlikdən azad olunmasını şərtləndirib.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib:
“2022-ci ildə biz anlayanda ki, KTMT bizim qarşısında öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək, o an müstəqil olduq, çünki başa düşdük ki, yalnız özümüzə arxalana bilərik".
Baş nazirin sözlərinə görə, KTMT-nin təhlükəsizlik sistemi “köpükdür”.
“O, dövlətimizin qurulmasının qarşısını alan vasitədən başqa bir şey deyildi”, - Paşinyan əlavə edib.
Paşinyan daha əvvəl bəyan etmişdi ki, KTMT Ermənistan üçün “problemlər yaradır”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.