Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) üzv ölkələrin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməməsi ölkənin bu birlikdən azad olunmasını şərtləndirdi.
XəzərNews.az Publika.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.
“2022-ci ildə biz anlayanda ki, KTMT bizim qarşısında öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək, o an müstəqil olduq, çünki başa düşdük ki, yalnız özümüzə arxalana bilərik", - Paşinyan bildirib.
O, KTMT-nin təhlükəsizlik sistemini "köpük" adlandırıb.
“O, dövlətimizin qurulmasının qarşısını alan vasitədən başqa bir şey deyildi”, - Paşinyan vurğulayıb.
İyulun 16-da Paşinyan bəyan etmişdi ki, Ermənistan böyük ehtimalla təşkilata üzvlüyünü dondurmaq əvəzinə KTMT-dən çıxacaq.
Xəbər 4 dəfə oxunub.