EN

AFFA prezidenti “Qarabağ”a XOŞ MESAJ göndərdi

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ”ı Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Kopenhagen” üzərində 2:0 hesablı qələbə münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, Rövşən Nəcəf bu barədə sosial şəbəkə hesabında yazıb.

“UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” komandası üzərində inamlı qələbə qazanan “Qarabağ” növbəti tarixi uğura imza atdı. Komandamızı ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”, - deyə o qeyd edib.

Chosen
16
33
sportinfo.az

10Sources