AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” üzərində 2:0 hesablı qələbə münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, Rövşən Nəcəf bu barədə sosial şəbəkə hesabında yazıb.
“UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” komandası üzərində inamlı qələbə qazanan “Qarabağ” Futbol Klubu növbəti tarixi uğura imza atdı. Komandamızı ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”, - deyə o qeyd edib.