AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın "Kopenhagen" klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, Rövşən Nəcəf bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın "Kopenhagen" komandası üzərində inamlı qələbə qazanan "Qarabağ" Futbol Klubu növbəti tarixi uğura imza atdı. Komandamızı ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm", - deyə o qeyd edib.