EN

Tramp Qəzzada sülh planına dəstək verən Azərbaycan və digər ölkələrlə bağlı paylaşım edib

ABŞ Prezidenti Donald Tramp Qəzzada münaqişəni sonlandırmaq məqsədilə irəli sürdüyü 20 maddəlik sülh planı ilə bağlı paylaşım edib.

Far.Az "Report"a istinadən xəbər verir ki, "Truth Social" sosial şəbəkəsindəki paylaşımında Tramp onun Yaxın Şərqdə sülhü bərqərar etmə yönündəki səylərinə dair müxtəlif ölkələrin bəyanatlarına yer verib.

Həmin bəyanatlar arasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) müvafiq açıqlaması da yer alıb.

Paylaşımı təqdim edirik:

Xatırladaq ki, sentyabrın 30-da Azərbaycan XİN ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsində münaqişəyə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayıb.

Chosen
13
13
far.az

10Sources