EN

Aİ Ukraynanın üzvlüyünə hazırlaşır

Avropa İttifaqı (Aİ) Ukraynanın blokun üzvü olmasına hazırlıq görür.
Teleqraf xəbər verir ki, bu barədə Kopenhagendə keçirilmiş dövlət və hökumət başçılarının qeyri-rəsmi sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bildirib.

"Biz həmçinin Ukraynanın Aİ-na üzvlüyü üçün zəmin hazırlayırıq. Avropa Komissiyası Kiyevin Aİ-yə üzvlüklə bağlı həyata keçirdiyi islahatları tanıyır",- o qeyd edib.

Antonio Koşta vurğulayıb ki, indi Aİ-nın öz öhdəliklərini yerinə yetirməsinin vaxtıdır və genişlənmə Avropanı gücləndirəcək.


Chosen
2
2
sherg.az

3Sources